Xəbər lenti
Axtar
17 Ağu 2020, 23:33   
    343


“Qarabağ” bizə 5:0, 7:0 qalib gələ bilər - Simov

Bu, bizim üçün çox böyük təcrübədir.

XEBERTV.AZ xəbər verir ki, bunu Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov "Qarabağ"la qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında bildirib.

45 yaşlı mütəxəssis deyib: "Çox gənc komandayıq, ürəyimizdə həyəcan coşub-daşır. Ötən mövsüm heç kim bizim bu yerə çıxacağımıza inanmırdı, amma milli çempionatda ikinci yeri tutduq. Gənc komanda olduğumuz üçün təcrübə baxımından yaxşı olacağını düşünürük. Futbolçu karyeramı 42 yaşımda bitirmişəm və böyük hissəsi “Sileks”ə aiddir. Ötən mövsüm son 8 turdakı uğurlu çıxış sayəsində şirin xəyalı gerçəkləşdirdik. Burada olduğumuz üçün şadıq.

Mütəxəssislər “Qarabağ”ı favorit hesab edirlər. “Qarabağ” böyük klubdur. Böyük futbolçuları var, hansı ki, milli komandalarda çıxış edirlər. Amma biz bura arzularımızın arxasınca gəlmişik. Bura gəlmək necə xəyal idisə, sabah da yeni xəyal üçün meydana çıxacağıq.

Təkrar edirəm, bura xəyallarımızın arxasınca gəlmişik. Pulu düşünmürük. Bir müddət əvvəl liqada qalmaq arzusunda idik. Amma indi buradayıq. Oyun 0:0 da ola bilər və ya “Qarabağ” 5:0, 7:0 hesabı ilə qalib gələ də bilər. Bizim üçün bunun elə bir fərqi yoxdur. Avrokubok həyəcanını yaşamaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu görüşün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

Axar.az
loading...