Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • 16 Mayıs 2020, 07:33   
        54


    Almaniya Bundesliqası məhdudiyyətlərlə bərpa olunur
    16 May, 2020 02:13


    Avropanın futbol üzrə aparıcı milli çempionatları sırasından ilk dəfə Almaniya Bundesliqası bərpa olunacaq.

    XEBERTV.AZ-In məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar martın 13-də dayandırılmış çempionatda bu gün XXVI turun qarşılaşmalarına start veriləcək. Mərkəzi görüş Dortmundda "Borussiya" və "Şalke" komandaları arasındakı Rur derbisinə təsadüf edəcək.

    "Leyptsiq" "Frayburq"u, "Auqsburq" "Volfsburq"u, Düsseldorf "Fortuna"sı "Padeborn"u, "Hoffenhaym" "Herta"nı, Frankfurt "Ayntraxt"ı Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Mayın 17-də isə "Köln" "Maynts"ı, "Bavariya" "Union"u, "Verder" isə "Bayer"i sınağa çəkəcək.

    Almaniya çempionatının bərpa olunacağı mayın 6-da məlum olub. Kansler Angela Merkel region rəhbərləri ilə video-konfransdan sonra qərarını açıqlayıb. Ertəsi gün klublar Bundesliqaya mayın 16-dan başlamağa razılaşıblar. Almaniya Futbol İttifaqı və liqa rəhbərliyi pandemiya şəraitində matçların keçirilməsi üçün müştərək əsasnamə təqdim edib. Bu sənədə bütün oyunların təşkilatçı və iştirakçıları əsaslanacaqlar.

    Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişləri ciddi nəzarətə götürüləcək. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyunöncəsi kollektiv foto və əlsıxma isə ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.

    Qeyd edək ki, Bundesliqada "Ayntraxt" və "Verder" 24, qalan klublar isə 25 oyuna çıxıb. 18 komandanın hər biri 34 matç keçirməlidir. Hazırda turnir cədvəlinə son 7 ilin çempionu "Bavariya" 55 xalla başçılıq edir. Dortmund "Borussiya"sı 51 xalla ikinci, "Leyptsiq" 50 xalla üçüncüdür. Turnir cədvəlini 18 xalla "Verder" və 16 xalla "Paderborn" qapayır. "Report"
    loading...