Xəbər lenti
Axtar
27 Şub 2020, 08:15   
    575


Avropa Liqasında ilk 1/8 finalçı məlum olub

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
XEBERTV.AZ saytının məlumatına görə, bu gün bir matç baş tutub.

Yeganə qarşılaşma Portuqaliyada keçirilib. Yerli “Braqa” “Reyncers”i qəbul edib.

Ötən həftə Şotlandiyada qalib gələn Qlazqo təmsilçisi yenə meydandan qələbə ilə ayrılıb. Hər iki matçda rəqibini məğlub edən “Reyncers” 1/8 finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, cavab oyunlarına sabah yekun vurulacaq.

Avropa Liqası

1/16 final, cavab oyunu

26 fevral

21:00. “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 0:1

Kent, 61

İlk oyun – 2:3

Apasport.az
loading...