Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • 14 Şub 2020, 08:20   
        52

    Avropa çempionatı: Güləşçimiz ardıcıl 3-cü dəfə finalda

    İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

    XEBERTV.AZ xəbər verir ki, dördüncü yarış günündə - fevralın 13-də qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

    Güləşçimiz Tatyana Varansova (53 kq) ilk görüşdə İspaniya təmsilçisi ilə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi 2:5 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq səkkizdəbir finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib.

    Alyona Kolesnik (57 kq) gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.

    Mübarizəyə dörddəbir finaldan qoşulan Elis Manolova (65 kq) startda dünya və ikiqat Avropa çempionu Petra Olliylə (Finlandiya) qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən E.Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb.

    Tatyana Omelçenko (62 kq) təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığmamızın üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu ukraynalı Yuliya Tkaça məğlub olub. T.Omelçenko fevralın 14-də bürünc medal uğrunda mübarizə aparacaq.

    Bu çəkilərdə medal qarşılaşmaları fevralın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.axar.az
    loading...