Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • 13 Şub 2020, 06:14   
        57




    Millimiz Avropada rekorda imza atdı

    Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Romada keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.

    XEBERTV.AZ xəbər verir ki, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz üçüncü yarış günündə - fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına dördüncü bürünc medalı yazıb.

    Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

    ***

    Yunan-Roma güləşçimiz Rafiq Hüseynov ikiqat Avropa çempionu adına sahib olub.

    İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz əvvəlcə hollandiyalı idmançıya çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiy ilə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısı ilə üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub.

    ***

    İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

    Üç gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb. Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb.

    Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.

    Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.


    Axar.az
    loading...