Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • “ÜST böyük səhv buraxıb” - İsveç
  • Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər
  • Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi
  • Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF...
  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Ermənistan Azərbaycanda xərçəng xəstəliyini yayır
  • Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
  • Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
  • SON DƏQİQƏ: Azərbaycanda yanğın başladı
  • Milli Məclis QHT haqqında qanunu qəbul etdi
  • Prezident son nöqtəni qoydu: Koronavirus yoxa çıxmayacaq...
  • 25 Kas 2019, 21:48   
        222


    BAKI-XEBERTV.AZ
    Braziliya Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.


    Braziliya Ciu-Citsu Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzində Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib
    23-24 noyabr 2019-cu il tarixlərində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin təşkilati dəstəyilə keçirilib.
    Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizə aparıb.
    Ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək öncə qonaqları salamlayıb. O çıxışı zamanı həmçinin 2019-cu il ərzində klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib.
    Bundan sonra o ölkəmizdə idmana olan münasibət, ölkə başçısı cənab prezident İlham Əliyevin idmana olan diqqət və qayğısından, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə günü-gündən populyarlaşmasından danışıb.
    Daha sonra çıxış üçün söz Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayevə verilib. O da öz növbəsində İdman Sağlamlıq Mərkəzinin açılışından danışaraq qısa müddət ərzində bu mərkəzdə artıq bir neçə beynəlxalq yarışın keçriildiyini bildirib. O həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkədə inkişafından və bu idman növünə artan maraqdan danışıb.
    Bundan sonra açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O da öz növbəsində ölkə başçısı cənab prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini vurğulayaraq ilk növbədə onu dərin minnətdarlığnı bildirib.
    DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdan məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda keçirilən yarışın baş hakimi Rəsul Məmmədov öz çıxışı zaman Ciu-Citsu döyüş sənəti haqda məlumat verib.
    Sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov çıxış edərək qonaqları salamlayıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.
    Açılış mərasimində həmçinin Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə Xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin kimi bir sıra qonaqlar da iştirak edib. FHN-nin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev xarici qonaqlara qiymətli hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkilib.
    Tədbirin açılış mərasimində həmçinin tanınmış müğənni Fuad Musayev, "Cigitlər" rəqs qrupu çıxış edib, həmçinin DİN İdman Cəmiyyətinin Ciu-Citsu ustaları öz məharətlərini göstəriblər.
    Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub. Çempionatda idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar. Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.
    Hazırladı:Nuranə Abdullayeva













    loading...