Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
  • "Ərdoğanla Putin 120 saatdan sonrakı prosesi danışacaq"
  • Ərdoğan: "İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!"
  • Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO
  • Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • 01 Eki 2019, 07:54   
        47


    Azərbaycana qalib gəlməliyik - Rossi

    Futbolçularımız Slovakiya ilə matçda əllərindən gələni etsələr də, böyük şansı qaçırdığımızı anlayırıq. İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşmada çox şanslı idik.

    XEBERTV.AZ Report -a istinadən xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

    55 yaşlı mütəxəssis deyib ki, kağız üzərində Xorvatiyaya qalib gəlmək mümkünsüz görünə bilər: "İndi həmişəkindən daha vacib olan iki çətin oyun var. Hələ ki, qrupdan çıxmaq şansımız qalır, amma bu iki matçın nəticəsindən çox şey asılıdır. Xüsusən də ikinci qarşılaşma. Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik. Xorvatiyaya qalib gəlmək kağız üzərində mümkünsüz görünür. Amma biz yaxşı təəssürat yaratmağa çalışırıq. Əlbəttə, özümüzün və onların kim olduqlarını bilirik".

    İtaliyalı məşqçi daha sonra futbolçuları barədə danışıb: "Kristian Tamaşı dəvət etməyi qərara aldım. Çünki o, keçən il əsas heyət üzvü idi. Amma "Vidi"də çox oynaya bilmədi. Son zamanlar müntəzəm olaraq "Zalegerseq"də oynayır və hər dəfə komandasının ən yaxşılarından biridir".

    Rossi 8 il sonra milliyə çağırdığı "Uypeşt"in hücumçusu Robert Feçesini çoxdan tanıdığını sözlərinə əlavə edib: "Həmişə onun oyununu bəyənmişəm. Meydanda komanda üçün işləyən və taktiki cəhətdən çox yaxşı bir kollektiv oyunçusudur. Adam Salaiyə bir şey olsa və ya yorulsa, Feçesin komandaya çox kömək edə bilər. Onun gənc olmadığını bilirəm. Amma formadadır və bizə çox kömək edə bilər".

    Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.
    loading...