Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 28 Haz 2019, 06:02   
        93



    Bakı-2019: Millimiz 4-cü oldu - Cədvəl

    Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı yeddigünlük maraqlı idman mübarizəsindən sonra iyulun 27-də başa çatdı. Atletlər Bakıdakı 12 arenada idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardılar.

    XEBERTV.AZ xəbər verir ki, festivalda qaliblər üçün nəzərdə tutulan 300 qızıl, 300 gümüş və 330 bürünc medal 38 ölkənin idmançıları tərəfindən qazanılıb.

    Bu mötəbər yarışda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

    Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. İlk onluqda İtaliya (8-9-9), Ukrayna (8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.


    Medal qazanan digər ölkələr isə aşağıdakılardır: Rumıniya (4-10-5), Almaniya (4-7-15), Xorvatiya (4-1-0), İsveç (3-1-2), Estoniya (3-0-2), Hollandiya (2-3-4), Finlandiya (2-3-1), Çexiya (2-1-3), İrlandiya (2-0-2), Norveç (1-6-2), Gürcüstan (1-5-7), Danimarka (1-1-3), Bolqarıstan (1-1-0), Kipr (1-0-2), İsrail (1-0-1), Kosovo (1-0-0), Avstriya (1-0-0), Macarıstan (0-9-12), Belçika (0-5-2), İsveçrə (0-2-2), Moldova (0-1-4), Yunanıstan (0-1-3), Serbiya (0-1-3), Portuqaliya (0-1-0), Litva (0-1-0), Latviya (0-0-1), Slovakiya (0-0-1) və Sloveniya (0-0-1).

    XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.Axar.az


    loading...