Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 20 Mayıs 2019, 08:11   
        80
    Bakıda Türkiyənin gənclik və idman bayramı qeyd edilib

    Bakıda Türkiyənin gənclik və idman bayramı qeyd edilib

    Bakıda Türkiyənin gənclik və idman bayramı qeyd edilib Mayın 19-da Heydər Əliyev Sarayında gənclik və idman bayramı münasibətilə konsert proqramı təşkil olunub.

    XEBERTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

    Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gənclik və idman bayramının tarixi əhəmiyyətindən danışıb.
    Səfir bildirib ki, 100 il əvvəl Mustafa Kamal Atatürk Samsunda milli mübarizəyə başlayıb: "Atatürk bu mübarizənin nəticəsində Türkiyə dövlətini qurmağa müvəffəq oldu. Ancaq qurtuluş savaşı hər bir türkün içində eyni istəklə davam edir. Çünki dövləti, vətəni hər zaman müdafiə etmək millətin borcudur”.

    Bildirilib ki, millət bir-birinə sahib çıxdıqca hər zaman güclü olacaq. 19 may 1919-cu ildə bütün türk milləti bir yumruq oldu və bunun sayəsində vətənlərində olan düşmənləri ölkəsindən qova bildi: "Biz bütün çətinliklərə baxmayaraq istədiyimizə nail ola bilərik. Bir araya gəldikcə bu gün nələrə qadir olacağımızı birlikdə görə biləcəyik. 23 apreldə uşaqların necə bir araya gəldiklərini gördük, bu gün də gənclərin növbəsidir”, - deyə səfir vurğulayıb.

    Bu əlamətdar günün 100 illiyinin qeyd edildiyini deyən səfir may ayının türk dünyası üçün əlamətdar ay olduğunu, bu ayda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin anadan olduqlarını diqqətə çatdırıb.

    Sonra konsert proqramı davam edib. Konsertdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri, Atatürk və Türkiyə Dəyanət Vəqfi litseyinin şagirdləri türk milli geyimlərilə rəqslər edib, rok musiqiləri səsləndiriblər.
    loading...