Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 23 Mar 2019, 20:20   
        824
    Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında böyük uğur qazanıblar
    Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında böyük uğur qazanıblar

    Dövlət Başçısı İlham Əliyevin ölkə idmançılarına dəstəyi futboldan başqa digər sahələrdə özünü daim doğruldur. Buna misal olaraq, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin tabeçiliyində fəaliyyət göstərən idmançıları nümunə göstərmək olar. Azərbaycanın gənc basketbolçulardan ibarət gənclərdən yığma komandasının üzvü Urfan Bayramlının verdiyi məlumata görə, bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 30 ölkənin iştirakı ilə idmanın müxtəlif növləri üzrə Xüsusi Yay Olimpiya oyunları keçirilib.Yarışlarda Azərbaycanı gənclərdən ibarət “Yunifayd komandası” təmsil edib. Bütün ölkələrin komandaları yaradılmış divizonlarda öz məharətlərini göstərib. Azərbaycan idmançıları 6-cı divizionda həlledici yarışda İndoneziya komandasına 26-24 hesabı ilə qalib gələrək, birinci yerə layiq görülüb. Ümumiyyətlə, Azərbaycan idmançıları ölkəyə 6 qızıl, 10 gümüş və 9 bürünc (bütövlükdə 25 medal) gətiriblər. Müqayisə üçün deyək ki, qonşu Gürcüstan idmançıları 2 qızıl, 2 gümüş və 2 bürünc, Ermənistan idmançıları isə 2 qızıl və 1 bürünc medal qazanıblar. Yığma komandanın bütün üzvlərini, xüsusən də, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin rəhbər heyətini və məşqçiləri bu uğur münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayıyırıq.
    Xatırladırıq ki, bu hərəkatın əsası 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi-Şrayver tərəfindən qoyulub. Bu Komitənin tabeçiliyindəki idman meydançalarında əqli imkanları zəif olan insanlar idmanın müxtəlif növlərində hazırlaşaraq öz məharətlərini göstərə bilərlər. Aldığımız məlumata görə, ilk Xüsusi Olimpiya Oyunları 1968-ci ildə Çikaqo şəhərində keçirilib. 1988-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Xüsusi Olimpiya Komitəsini tanıyıb və birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu Beynəlxalq Komitənin Qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. Azərbaycan Xüsusi Olimpiya Komitəsi isə 1991-ci il noyabrın 30-da yaradılıb.Komitənin ilk rəhbəri tanınmış ictimai-siyasi xadim xanım Lidiya Rəsulova, onun müavini isə Şahin Əliyev seçilib. Bu Komitə 1992-ci il mart ayının 10-da Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə Respublikanın Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Hazırda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Prezidenti Şahin Əliyevdir.

    Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında böyük uğur qazanıblar
    Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında böyük uğur qazanıblar
    Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında böyük uğur qazanıblar

    e-mail: [email protected]


    Şamil Sabiroğlu,
    "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
    “Ana harayı” qəzetinin xüsusi müxbiri,
    “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı.
    Bakı, 23.03.2019.
    loading...