Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
  • Azərbaycan səmasında qeyri-adi halqa - Foto
  • Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama
  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq
  • Avropa Şurası jurnalistlərə qarşı hücumları pislədi
  • Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya
  • Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər
  • Çanaqqala boğazında yanan gəmi ilə bağlı son xəbər
  • "Sarı jiletlilər" hərəkatı İngiltərəyə də çatdı: 100 nəfər...
  • 2019-da uçub, 2018-də eniş edən reyslər – Keçmişə səyahət
  • Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
  • 2018 Azərbaycan elmində: bir "y", "Rəbb"...
  • Nostradamusun sensasiyalı proqnozu - 2019-cu ildə dünya dağılacaq
  • “TURANA AÇILAN GÖNÜLLER”
  • Həyatın kosmik mənşəli olması sübut olundu
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • 14 Ock 2019, 21:00   
        30
    “Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytarır?

    “Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytarır?
    “Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytara bilər.

    XEBERTV.AZ Oxu.Az-a istinadən xəbər verir ki, sabiq braziliyalı futbolçuları – Reynaldo Silva və Riçard Almeydanı heyətinə qatan Ağdam klubunun Pedro Enrikeni də geri qaytarmaq imkanı yaranıb.

    Braziliyalı futbolçunun Qazaxıstanın “Astana” klubu ilə icarə müqaviləsi başa çatıb. Onun maliyyə problemləri yaranan Qazaxıstan klubuna dönməyəcəyi artıq dəqiqdir. İndi yarımmüdafiəçi ya müqavilə ilə bağlı olduğu Yunanıstanın PAOK klubuna dönməli, ya da “Qarabağ”a keçməlidir.

    Pedro Enrike Qazaxıstanın Sports.kz saytına verdiyi açıqlamada isə hələlik müqavilə ilə məxsus olduğu Saloniki klubuna qayıdacağını bildirib:

    “Fikrimcə, PAOK-a qayıdacağam. İndi, sadəcə, istirahət edirəm və hadisələrin gedişatını, situasiyanın 100 faiz aydınlaşmasını gözləyirəm. “Astana”da keçirdiyim aylar xoş olub”.

    Yunanıstan mətbuatı isə bir neçə gün əvvəl onun PAOK-a qayıdışı baş tutmayacağı halda, Braziliyada karyerasını davam etdirəcəyini qeyd edib. Çünki futbolçu ailəsinə yaxın olmaq istəyir.

    Qeyd edək ki, Pedro Enrike ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış edib. Həmin vaxt təmsilçimizin heyətində 26 oyuna çıxan 28 yaşlı futbolçu altı qol vurub və iki məhsuldar ötürmə edib.

    Səbuhi MUSAYEV
    loading...