Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 19 Eyl 2018, 16:48   
        129
    Çempionlar Liqasında ilk tur yekunlaşdı - Nəticələr
    Çempionlar Liqasında ilk tur yekunlaşdı - Nəticələr

    Sentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

    XEBERTV.AZ xəbər verir ki, G qrupunda yer alan UEFA Çempionlar Liqasının son qalibi "Real Madrid" klubu doğma meydanda İtaliyanın "Roma" komandasını qəbul edib. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyununu əks hücumlar üzərində quran "Roma" klubu qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açmağa yaxın olub. Cengiz Ünderin vurduğu zərbə qapıdan yan keçib. Matçın 45-ci dəqiqəsində oyunun hollandiyalı baş hakimi Bjorn Kupers cərimə meydançası yaxınlığında İskoya qarşı qayda pozuntusunu qeydə alıb. Cərimə zərbəsini zərər çəkmiş özü yerinə yetirib və qola imza atıb - 1:0. "Kral" klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

    Oyunun 58-ci dəqiqəsində Luko Modriçin ötürməsindən sonra komandanın əsas qol silahı sayılan Qaret Beyl qapıçı ilə təkbətək qalaraq dəqiq zərbə ilə hesab arasındaki fərqi artırıb - 2:0. Qarşılaşmada son nöqtəni maçın 90-cı dəqiqəsində, oyuna ikinci hissədə daxil olan Mariano Diaz qoyub. O, uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Beləliklə, görüş "Real Madrid" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Qrupun digər qarşılaşmasında Rusiya təmsilçisi MOİK səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

    H qrupunda yer alan İspaniyanın "Valensiya" klubu İtaliyanın "Yuventus" komandasını qəbul edib. Görüşün 29-ci dəqiqəsində rəqibin üzünə bilərəkdən zərbə endirən turinlilərin yeni transferi Kristiano Ronaldo birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, oyunda hesabı meydanda 10 nəfərlə qalan "qoca sinyora" açıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Mirəlim Pyaniç dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra hakim oyunda ikinci dəfə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. M.Pyaniç yenidən dəqiq zərbə ilə dublunu rəsimləşdirib. Görüş "Yuventus" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qrupun digər qarşılaşmasında "Mançester Yunayted" səfərdə "Yanq Boyz" klubunun qapısından üç cavabsız top keçirib.

    E qrupun favoriti sayılan Almaniyanın "Bavariya" klubu səfərdə Portuqaliyanın "Benfika" komandasının qonağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından qolları oyunun 10-ci dəqiqəsində Robert Levandovskiy və 54-ci dəqiqədə Renato Sançes keçirib.

    Qrupun digər oyununda "Ayaks" doğma meydanda AEK-i böyük hesabla məğlub edib (3:0).

    Birinci turun gözlənilməz hesabı İngiltərə qeydə alınıb. "Enfild" stadionunda keçirilən oyunda meydan sahibi "Mançester Siti" Fransanın "Lion" klubunu qəbul edib. Görüş qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.

    "Şaxtyor" - "Hoffenhaym" oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

    axar.az
    loading...