Xəbər lenti
Axtar
16 Ağu 2018, 09:48   
    766
Zabit Səmədov Fransa çempionuna qalib gəldi
Zabit Səmədov Fransa çempionuna qalib gəldi

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə qarşılaşıb.

XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, əvvəllər tanınmış K-1 döyüşçüsü olmuş 2 metr boya malik fransalı ilə Çeçenistanın paytaxtı Qroznıda baş tutan döyüş Zabitin qələbəsi ilə yekunlaşıb.

Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunub.
loading...