Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
  • Yer planetinin ikinci peyki peyda oldu
  • Sumqayıtda qeyri-adi dumanın – Videosu
  • Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü
  • Birandın “32-ci gün”ündə Xocalı: sensasion kadrlar – Video
  • Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - FOTO
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • 10 Ağu 2018, 14:41   
        366
    “Mançester” "Lester"ə şans vermədi - İlk qələbə

    “Mançester” "Lester"ə şans vermədi - İlk qələbə

    İngiltərə Premyer Liqasının birinci turuna “Mançester Yunayted” “Lester Siti” oyunu ilə start verilib.
    XEBERTV.AZ Azərtac-a istinadla xəbər verir ki, “Old Starford" stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin start heyətində David De Xeya, Matio Darmian, Erik Beyli, Luka Şov, Viktor Lindelöf, Fred, Andreas Pereyra, Pol Pogba, Xuan Mata, Markus Recford və Aleksis Sancez yer alıblar.

    "Lester Siti"nın ilk onbirliyində isə meydana Kasper Şmexel, Ves Morqan, Qari Maquayer, Ben Ciluel, Daniel Amarti, Andrien Silva, Ulfred Ndidi, Rikardo Pereyra, Ceyms Madison, Demerey Qrey və Keleci İxeanaco çıxıb.

    Oyunda ilk dəqiqələrdə irəli atılan Joze Mourinyonun yetirmələri hesabı üçüncü dəqiqədə açıblar. Aleksis Sancezin cərimə meydançasında vurduğu zərbə "Lester Siti"nın müdafiəçisinin əlinə dəyib. Qarşılaşmanın baş hakimi Andre Marinerin "Lester Siti"nın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Pol Pogba şansını əldən verməyib - 1:0. Birinci hissənin qalan dəqiqələrindi hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Birinci hissə 1:0 hesabı ilə "Mançester Yunayted" klubun üstünlüyü ilə başa çatıb.

    Matçın ikinci hissəsinin sonunda 82-ci dəqiqəsində "Mançester Siti" hesab arasındakı fərqi artırıb. Xuan Matanın ötürməsindən sonra Luka Şov fərqlənib - 2:0. Matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə "Lester Siti" hesabı minimuma endirib. Ceyms Vardi adını tabloya yazdırıb - 2:1 Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, "Mançester Yunayted" klubu ilk turda 2:1 hesabı ilə qələbə qazanıb.

    Bu komandalar bu günə kimi 126 dəfə qarşılaşıblar. Onların 63 oyununda qırmızı şeytanlar üstün olub. Otuz üç oyunda isə “Lester Siti” qalib gəlib. İyirmi doqquz oyunda tərəflər heç-heçə ilə kifayətlənib.

    İyirmi dəfə İngiltərə Premyer Liqasının qalibi olan “Mançester Yunayted” bu göstərici ilə birincidir. Klubun “Lester Siti”nın üzərində ən böyük hesablı qələbəsi 1980-ci ilə təsadüf edir. Həmin görüşdə Mançester təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb.

    1884-ci ildə yaranan “Lester Siti” klubunun ən yaxşı nailiyyəti 2015/2016-ci il mövsümündə Premyer Liqanın qalibi olması olub. Klubun ən çox qol vuran oyunçusu hazırda komandanın heyətində çıxış edən Ceyms Vardidi (24 qol).
    loading...