Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • 07 Ağu 2018, 16:53   
        665
    Belaruslu futbolçu: ""Qarabağ"ı buna görə cəzalandırdıq"

    Belaruslu futbolçu: ""Qarabağ"ı buna görə cəzalandırdıq"


    Belarus BATE-sinin futbolçusu Aleksandr Qleb Bakıda "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib.

    - Prinsipcə, gözlədiyimiz oldu. "Qarabağ" texnikalı komandadır, ilk yarıda bərabər oyun getdi. Belə demək mümkünsə, rəqibi özündənrazılığa görə cəzalandırdıq. Fikrimcə, həmin epizodda "Qarabağ"ın futbolçusu konsentrasiyasını bir qədər itirdi. Gözəl oynamaq istəsə də, biz topu ələ keçirərək qol vurduq. Sonradan isə hesabı qorumaq üçün oynamağa başladıq.

    - Nəyə görə hesab edirsiniz ki, Rəşad Sadıqov səhvə yol verdiyi epizodda özündənrazı davrandı?

    - Bilmirəm, sadəcə, elə göründü ki, məqsədli şəkildə belə etdi. Adətən, sonuncu müdafiəçilər etibarlı və özlərinə əmin halda çıxış edirlər. Həmin epizodda da elə oynamaq istədi. Biz isə topu ələ keçirərək, rəqibi cəzalandırdıq.

    - "Qarabağ"ı necə dəyərləndirərdiniz?

    - Yaxşı, texnikalı komandadır. Çoxlu texnikalı futbolçuları var. Lakin hər şey Belarusda həll olunacaq.

    - Düşünmürsünüzmü ki, elə də inamlı hesab sayılmayan 1:0-lıq nəticə ilə əlaqədar komandanızda gərginlik olacaq?

    - 1:0 hesablı qələbəni səfərdə qazanmışıq. Ona görə də evdə həmişəki kimi adi qaydada çıxış edəcəyik.

    - Bakıda ilk dəfə olurdunuz?

    - Bəli. Burada hər şey xoşuma gəldi. Şəhər inanılmaz dərəcədə gözəldir (Report).
    loading...