Xəbər lenti
Axtar
18 May 2018, 09:06   
    720
Xorvatiya millisində şok: Kaliniç qovuldu
Xorvatiya millisində şok: Kaliniç qovuldu

Xorvatiya yığmasında şok ayrılıq baş verib.

APA-nın məlumatına görə, hücumçu Nikola Kaniliç millidən qovulub.

Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.
loading...