Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • 14 May 2018, 15:28   
        326
    “Fənərbağça” "Qalatasaray"ı izləyir: 7 cavabsız qol

    “Fənərbağça” "Qalatasaray"ı izləyir: 7 cavabsız qol

    Futbol üzrə Türkiyə Superliqasının 33-cü turunun sonuncu oyununda “Fənərbağça” səfərdə “Karabükspor” ilə qarşılaşıb.

    XEBERTV.AZ xəbər verir ki, “Fənərbağça” çempionluq uğrunda mübarizədə böyük əhəmiyyət kəsb edən vacib üç xalı rəqib qapısından keçirdiyi 7 cavabsız qol sayəsində təmin edib. Matç İstanbul təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

    “Fənərbağça” matçın ikinci dəqiqəsində hesabı açıb. Meydan sahiblərinin heyətində Anton Kravçenko topu öz qapısına vurub – 1:0. Görüşün 20-ci və 29-cu dəqiqələrində “Fənərbağça”nın futbolçusu Fernandao dubla imza atıb. 38-ci dəqiqədə Aatif Çaheçoue hesab arasındakı fərqi artırıb - 4:0. İlk hissə bu hesabla başa çatıb.

    Fasilədən sonra “Fənərbağça” daha üç qol vuraraq “Karabükspor”un darmadağınını rəsmiləşdirib. Oyunun 47-ci dəqiqəsində Roberto Soldado, 77-ci dəqiqədə Nabil Dirar, 90-cı dəqiqədə isə Vinsent Yanssen adlarını tabloya yazdırıblar – 7:0.

    Bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 69-a çatdıraraq ikinci pillədəki yerini qoruyub. Çempionatın lideri “Qalatasaray” ilə “Fənərbağça”nın arasında üç xallıq fərq var. “Fənərbağça” ilə eyni xala malik “Başakşəhər” üçüncü, hesabında 68 xal olan “Beşiktaş” dördüncüdür.

    Tur çərçivəsində ötən gün keçirilmiş digər görüşdə “Beşiktaş” komandası səfərdə “Osmanlıspor”u 3:2 hesabı ilə məğlub edib.

    Türkiyə Superliqasının sonuncu - 34-cü turu gələn həftə oynanılacaq və çempion müəyyənləşəcək. “Beşiktaş” komandasının çempion olmaq şansı qalmayıb. Çempionluğun bir addımlığında olan “Qalatasaray”la yanaşı, “Fənərbağça” və “Başakşehir”in də Superliqada ilk sırada olmaq şansları davam edir.

    Mayın 20-də keçiriləcək və maraqla gözlənilən qarşılaşmalardan “Qalatasaray” səfərdə “Göztəpə”, “Fənərbağça” doğma meydanda “Konyaspor” ilə üz-üzə gələcək. “Başakşəhər” isə “Kasımpaşa”nı qəbul edəcək.

    Axar.az
    loading...