Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • 05 Mayıs 2018, 08:46   
        439
    AÇ-2018: Azərbaycan güləşçiləri 4 medal qazandı
    AÇ-2018: Azərbaycan güləşçiləri 4 medal qazandı

    AÇ-2018: Azərbaycan güləşçiləri 4 medal qazandı
    Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

    Publika.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan təmsilçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

    65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda Hacının rəqibi Rusiya idmançısı olub. Ötən ilin dünya çempionu olan İlyas Bekbulatovu əzmkar mübarizəsi ilə üstələyən Hacı Əliyev ikinci dəfə Avropa çempionu adını qazanıb.

    70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına qalib gələn Murtuz çempionatın bürünc medalını qazanıb.

    Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisinə qalib gəlib və çempionatın bürünc medalına sahib olub.

    97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Belarus idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından görüşün qalibi olub. İdmançımız bürünc medal görüşünə çıxacaq.
    loading...