Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "Sarkisyan əlləri qandallı Azərbaycan məhkəməsinə gətiriləcək" - ŞƏRH
  • Azərbaycan Ermənistanı QORXUYA SALDI - İrəvan rəhbərliyi TƏCİLİ TOPLANDI
  • Hamilə qalmaq istəyənlər şəkərli içkilərdən uzaq dursun – ŞOK ARAŞDIRMA
  • Kişilərə özəl: İdeal seks üçün yataqda 10 QIZIL QAYDA
  • Ermənilər Azərbaycan mahnısı ilə bayram edir - Video
  • SON DƏQİQƏ: Cavid Qurbanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı TƏYİN OLUNDU
  • Vanqanın yeni öncəgörməsi yayıldı – Dünyanın tək lideri bu ölkə olacaq
  • Qarabağın yeni görüntüləri yayıldı - Video
  • Yer altında cəhənnəm səsləri - DƏHŞƏTLİ SƏS YAZISI
  • Nazirlər Kabinetinin YENİ TƏRKİBİ təsdiqləndi - VİDEO
  • Komitə ləğv edildi: səlahiyyətləri bölüşdürüldü - Video
  • Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
  • Azərbaycanın baş nazirləri - Siyahı
  • Hacıbala Abutalıbov yola salınır - EKSKLÜZİV
  • Prezident Komitəni ləğv etdi
  • Ermənistan bir neçə hissəyə parçalanacaq... – Ssenari
  • Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
  • Prezident andiçmədən sonra ilk ora getdi - Foto
  • DİQQƏT! Xaricdən gələn zənglər təhlükəlidir! -
  • KİV-ə BU HALDA senzura və məhdudiyyət qoyula bilər - LAYİHƏ
  • "Votsap"da NÖVBƏTİ YENİLİK - Bundan sonra şəkillər...
  • Qarğalar ölülərini belə "dəfn" edir
  • III Dünya müharibəsi gözlənilir – General
  • Prezident İlham Əliyev xalqa müraciət etdi - Video
  • "Feysbuk" məhdudiyyətlər qoyacaq
  • 14 Nis 2018, 07:31   
        128
      Qurban Qurbanov: İstədiklərimin hamısı komandadadır

    Qurban Qurbanov: İstədiklərimin hamısı komandadadır

    Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son oyunlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram.

    Report-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

    - Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədir?

    - Yaxşı formada olmadığından, onu iştirak ərizəsinə salmağı lazım bilmədim.

    - Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?

    - O, son vaxtlar yaxşı təsir bağışlayır. Qol vurmasına sevindim. Lakin bu, hələ heç nə deyil. Elə epizodlar var ki, daha yaxşı oynamalıdır.

    - Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb...

    - O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.

    - Artıq ən yaxın izləyicinizi bir xeyli qabaqlayırsınız. Bu, gələcək oyunlarda sizə motivasiya cəhətdən çətinlik törətməyəcək?

    - Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir Mədətov, Ramil Şeydayev oyunlara yaxşı köklənməlidirlər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.

    - Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib...

    - Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.

    - Sanki komandada Dino Ndlovunun yeri görünür...

    - Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odur ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiklərimin hamısı komandadadır.

    - Yayda hansı mövqeni gücləndirmək istəyirsiniz?

    - Açığı, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelərə danışıqlar apardığımız futbolçular var.
    loading...