Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • “Pakistan əsl qardaşdır” – İlham Əliyev
  • 25 Mar 2018, 05:11   
        694
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”

    Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”

    Xarici ölkələrdə istənilən dövlət öncə güclü iqtisadiyyatı, daha sonra isə elmli insanları, idmançıları və musiqiçilərilə daha tez tanınır. Müstəqil Azərbaycan və onun sadə vətəndaşları da istisna deyil.
    Biz bu gün sizə peşəkar idmançı kimi tanınmağı qarşısına məqsəd qoymuş Bakı məktəblisi Özləm Həsənovadan danışacağıq. Özləm Bakının Nizami rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 5c sinif şagirdidir. Ailənin yeganə övladı olan Özləm 2 ildir idmanın kikboksinq növü ilə məşğuldur. O, Respublika Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən “Xocalı İdman Klubu”nun üzvüdür. Özləmin məşqçiləri idmanın kikboksinq növü üzrə 5 qat dünya çempionu Ehram Məcidov və idman ustası Əli Cəfərovdur. Özləm 2018-ci il fevralın 2-ci ongünlüyündə keçirilən Kikboksinq üzrə Respublika çemionatında həmyaşıdları arasında qalib adını qazanıb. Bu günlərdə Özləmlə görüşdüm, bir neçə suala cvab verməsini xahiş etdim.O, dedi:
    -Orta təhsil aldığım 32 nömrəli tam orta məktəbin gözəl ənənələri var. Bu təhsil ocağında mütəmadi olaraq şəhidlərin anım mərasimləri, habelə, rayonlarımızın işğal tarixi qeyd olunur. Məktəbin direktoru, təcrübəli pedaqoq Sevda Abdullayeva və pedaqoji kollektiv şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmaları, biliklərə yiyələnmələri üçün əllərindən gələni əsirgəmirlər. Doğrusu, mənim arzum peşəkar təyyarəçi olmaqdır.Ancaq, həyatda risq etməkdən çəkinmədiyim üçün əlbəyaxa döyüş növü olan kikboksinqlə də məşğul olmağa başladım.Arzumun reallaşmasına dəstək verdikləri üçün öncə Ulu Yaradana, daha sonra anama və məşqçilərə minnətdaram. 2017-ci ildə keçirilən ölkə çempionatında 2ci yeri tutmuşdum.O zaman anama söz verdim ki, gərgin məşq edəcək, 2018-ci ildə 1-ci yeri tutmağa çalışacam.Təbii ki, bu uğura nail olmağımda məşqçilərin də zəhməti hədsizdir.
    -Özləm, sənin həmyaşıdların arasında da perspektivli idmançılar var.Onlardan hansıların adlarını qeyd edə biləsən?
    -Şamil müəllim, çox düzgün qeyd etdiz. Zalda gərgin məşqlər zamanı özümə yeni dostlar qazanmışam: Sənan Ulubəyov, Bəkir Bəkirzadə, Orxan Məlikov, Xəyal Əliyev...Xocalı sakini,9 yaşlı Ayan Novruzlu 2 aydı məşqlərə qatılıb. Qısa müddətdə onun da xeyli irəlilədiyini müşahidə edirəm. Federasiya Prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, “Xocalı İdman Klubu”nun direktoru Ehram Məcidov, tanınmış məşqçi Əli Cəfərov bizə böyük ümidlər bəsləyir. Deməkdə məqsədim odur ki, “Xocalı İdman Klubu”nun üzvləri təkcə ölkəmizin idman şərəfini qorumur, həm də müstəqil Azərbaycan Respublikası üçün layiqli mütəxəssis kimi yetişirlər.
    -Aldığım məlumata görə sən həm də idmanın boks növü ilə məşğul olmaq istəyirsən...
    -Elədir ki var. Təcrübəli məşqçi Ehram Məcidovla bu barədə söhbət olub. Yaxın vaxtlarda həm də boksla məşğul olmaq fikrindəyəm.Arzum peşəkar idmançı kimi tanınmaqdır!
    Maraqlı müsahibə üçün çox sağ olun.
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”
     Özləm Həsənova:”Arzum peşəkar idmançı kimi tanınmaqdır!”

    Söhbəti yazdı: Şamil Sabiroğlu,
    "Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi.
    Bakı, 23.03.2018.
    loading...