Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • “Pakistan əsl qardaşdır” – İlham Əliyev
  • 17 Mar 2018, 16:43   
        355
    İstanbulda derbi səssiz başladı, səssiz bitdi

    İstanbulda derbi səssiz başladı, səssiz bitdi

    Martın 17-də futbol üzrə Türkiyə Super Liqasının 26-cı turunda İstanbul derbisi oynanılıb.

    XEBERTV.AZ xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında “Fənərbağça” komandası əzəli rəqibi - çempionatın lideri “Qalatasaray”ı qəbul edib.

    Baş hakim Bülent Yıldırımın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda futbolçulara beş sarı vərəqə göstərilib.

    Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 80-ci dəqiqəsində Şener Özbayraklının ötürməsindən sonra Fernandaonun başla zərbəsi zamanı top qapıdan keçsə də, həmin epizodda baş hakim oyundankənar vəziyyət qeydə alıb. Bundan 9 dəqiqə sonra Maykonun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəyib. Beləliklə, oyun heç-heçə başa çatıb və “Fənərbağça” doğma meydanda xal itirib.

    Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub.

    Komandalar arasında cari mövsümdə çempionatda “Türk Telekom” stadionunda keçirilən oyun da 0:0 hesabı ilə başa çatmışdı.

    Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 121 dəfə qarşılaşıblar. Matçların 50-sində “Fənərbağça”, 33-də isə “Qalatasaray” qələbə qazanıb, 38 matç isə heç-heçə yekunlaşıb.

    Qeyd edək ki, “Qalatasaray” komandası “Şükrü Saracoğlu” stadionunda 18 ildir qələbə qazana bilmir. “Fənərbağça” 1999-cu ilin dekabrından öz meydanında oynadığı 21 qarşılaşmada “Qalatasaray”a məğlub olmayıb.

    Superliqada 26 turdan sonra “Qalatasaray” çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 54 xal var. “Fənərbağça” 48 xalla dördüncü sırada qərarlaşıb.

    Martın 18-də çempionatda 50 xalla üçüncü sıradakı “Başakşehir” komandası eyni xala malik olan və ikinci yerdəki “Beşiktaş”ı qəbul edəcək. Meydan sahibləri “Beşiktaş”ı məğlub edəcəkləri təqdirdə bir pillə irəliləyərək rəqibini qabaqlayacaqlar.axar.az
    loading...