Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyədə 3 dəhşətli zəlzələ: 554 yaralı, 18 ölü... - Video
  • Kosmosda sərvət tapıldı - İnsanların həyatı dəyişəcək (FOTOLAR)
  • Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA
  • Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO
  • Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
  • Şəhidlərin hansı günahları bağışlanır? - VİDEO
  • Əfsanəli Milli Qəhrəman Fred Asifin qardaşı seçicilərə müraciət etdi
  • 02.02.2020 tarixində nələr BAŞ VERƏCƏK və NƏLƏR ETMƏLİYİK?
  • Azərbaycanda işsizlərin sayı da açıqlandı
  • Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • 12 Mar 2018, 16:42   
        422
     Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək

    Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək

    İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq

    Bakı. 13 mart.XEBERTV.AZ / Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

    “Report” xəbər verir ki, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İspaniyada “Sevilya” ilə qolsuz heç-heçə edən “Mançester Yunayted” üstünlük əldə edib. Lakin “qırmızı-qaralar”ın heyətində yetərincə itki var. Zədə üzündən Fil Cons, Markos Roxo, Deyli Blind, Ander Errera və Zlatan İbrahimoviç meydana çıxa bilməyəcək. Pol Poqba ilə Antoni Marsyalın durumları isə sual altındadır.

    Səfərdə istənilən qollu heç-heçə belə işinə yarayacaq “Sevilya”da 3 oyunçunun zədəsi var. Ancaq Sebastyan Korşya, Daniel Karrisu və Xesus Navas matç saatında meydana çıxacaq vəziyyətdə ola bilərlər.

    Ukraynada “Şaxtyor”a 1:2 hesabı ilə yenilən “Roma” revanş arzusundadır. Cari mövsümdə “Qarabağ”la eyni qrupda yer alan “canavarlar” yerli publika qarşısında lazımı nəticəni təmin etməyi hədəfləyiblər. Paytaxt klubunun heyətində Luka Pellegrini və Rik Karsdorp zədəlidir. Qrequar Defrelin durumu isə sual altındadır.

    “Şaxtyor” düşərgəsində iki itki var. Dario Srna - cəzalı, Maksim Malışev zədəlidir.

    Qeyd edək ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

    Çempionlar Liqası

    1/8 final, cavab oyunları

    23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

    Baş hakim: Danni Makkeli (Hollandiya)

    İlk oyun – 0:0

    23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

    Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

    İlk oyun - 1:2
    loading...