Xəbər lenti
Axtar
01 Şub 2018, 04:23   
    838
Azərbaycan - Fransa oyunu - italiyalı hakimlərə tapşırıldı


Azərbaycan - Fransa oyunu - italiyalı hakimlərə tapşırıldı
Azərbaycan - Fransa oyunu


Avro-2018-in qrup mərhələsi çərçivəsində fevralın 2-də Fransa ilə qarşılaşacaq yığmamızın oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından Metbuat.az-a verilən məlumata görə, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandır. Müvafiq olaraq Ancelo Qalante və Alessandro Malfer iş başında olacaq. Üçüncü hakim funksiyasını Çexiyadan olan Ondrej Çerni yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Anxel Qalan Nieto qiymət verəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və "CBC Sport" telekanalında canlı yayımlanacaq.
loading...