Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • 24 Oca 2018, 07:07   
        582
      Qurban Qurbanov AÇ-yə getmək şansımızdan danışdı

    Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq.

    XEBERTV.AZ məlumatına əsasən bu barədə , Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov deyib.

    Yığmamızın Millətlər Liqasındakı rəqiblərini dəyərləndirən Qurbanov oyunlara qədər xeyli vaxtın olduğunu, güclü, mehriban komanda qurmağı bacaracağına inandığını bildirib:

    "Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik.

    Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibindən xal almağı bacarır. Milləttlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var.

    Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".

    Qeyd edək ki, millimiz 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq.
    loading...