Xəbər lenti
Axtar
03 Oca 2018, 08:52   
    880
"Qarabağ" Rumıniya millisinin futbolçusunu transfer edir?



"Qarabağ" klubu Rumıniya milli komandasının və Buxarest "Dinamo"sunun futbolçusu Steliano Filipi transfer etməyə hazırlaşır.

Report-un məlumatına görə, 24 yaşlı sol cinah oyunçusu Azərbaycan təmsilçisindən təklif alıb. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi bildirilir. Danışıqlar müsbət yekunlaşsa, Filip tezliklə "Qarabağ"ın sıralarına qoşulacaq.

Müdafiəçi yayda Ukraynanın "Dinamo" komandasına keçməyə yaxın olub. Kiyev klubu 800 min avro təklif etsə də, Buxarest təmsilçisinin sahibi İonut Neqoita 1,5 milyon avro istəyib. Nəticədə danışıqlar pozulub. Bundan sonra Filipin aylıq maaşı 4,5 min avrodan 10 min avroya qaldırılıbş Hazırda o, 1000 avro çox maaş alan Adam Nemetsdən sonra komandanın ikinci ən ödənişli oyunçusudur. Son zamanlar çıxışında eniş müşahidə olunduğundan, Rumıniya klubu bu futbolçunu 400 min avroya da satmağa hazırdır. Filip eyni zamanda, Türkiyənin bir neçə komandasından və İtaliyanın ikinci dərəcəli klubundan təklif alıb. Lakin təkliflərin ən ciddisi elə "Qarabağ"dan gəlib.

Qeyd edək ki, Buxarest "Dinamo"su bir neçə gün əvvəl yarımmüdafiəçi Paul Antonu Rusiya "Anji"sinə 500 min avroya satıb. Steliano Filip indiyədək Rumıniya millisində 8 oyuna çıxıb.
loading...