• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Elnur Abasov Azərbaycan xalqının qürur duyduğu oğullardandır!



 

BAKI-XEBERTV.AZ

Elnur Abasov Azərbaycan xalqının qürur duyduğu oğullardandır!


Vətənin dar günündə onun köməyinə tələsən oğulların arasında  Elnur Ədalət oğlu Abasov da vardı. O, uşaqlıq və yeniyetməlik illərini Salyan rayonunun Stansiya qəsəbəsində keçirib. Elnur Şəhid Yavər Qafarov adına 27  nömrəli tam orta məktəbini, daha sonra  isə RF Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetini bitirib.


İstəkli oxucular, bu gün Sizə Elnur Abasovdan danışacam. Elnur müəllim idmanın karate növü ilə peşəkar şəkildə məşğul olub. Bir müddət idmanın VKC növləri üzrə Karate Federasiyasının məşqçisi kimi çalışıb. 2006-cı ildən isə həmin Federasiyanın Fəxri Prezidentidir. 2019-cu ildə Azərbaycan Respublikasının İdman ustası adına layiq görülüb. Elnur müəllim 2008-ci ildən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvüdür. 2009-cu ildə bu Təşkilatın sədr müavini vəzifəsinə təyin edilib və bir müddət ictimai əsaslarla sədr müavini kimi çalışıb. 2020-ci il sentyabrın 27-də başlanan və 44 davam edən savaşın Azərbaycanın tarixi qələbəsi ilə başa çatmasından ötrü Elnur Abasov  da zəruri dəstək göstərib. O, ön cəbhəyə dəfələrlə yardım aparıb və onu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin şəxsi heyətinə təhvil verib.


Mən Elnur Abasovun ictimai fəallığını xüsusi qeyd etməliyəm. Belə ki, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin adından təşkil olunan bəzi mühüm tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün o,  var qüvvəsilə çalışmışdır. Hazırda Ölkəmizin bəzi media qurumlarında maraqlı yazılarla çıxış edən Elnur bəy həmçinin, Türkiyədə fəaliyyət göstərən gozcu tv.com saytı ilə də əməkdaşlıq edir.


Biz, Sizin kimi ləyaqətli oğullarla fəxr edirik, Elnur bəy!


Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist.


Bakı, 11.03.2024.


 



Reytinq: 
  • Нравится
  • 6
Son xəbərlər
bütün xəbərlər →