• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Nikol sülh sazişinin mətni ilə onları tanış etdi – Səbəb




Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin ilkin mətnini radikal müxalifətin nümayəndələri ilə tanış edib. Bu, Baş nazir Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilib. Paşinyanın məqsədi aydındır. O, əvvəlcədən sülh sazişinin mətnini rəqibləriylə tanış edib ki, sənəd imzalanandan sonra “bundan xəbərimiz yox idi”, “sənəd məxfi hazırlanıb” kimi ittihamların əsası olmasın.

XEBERTV.AZ  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, radikal müxalifət sülh sazişinin mətni ilə tanış olduqdan sonra Paşinyandan tələb edəcək ki, o Ermənistanın məğlubiyyəti kimi qiymətləndirdikləri sazişə imza atmasın:

“Paşinyan radikal müxalifətə anlatmağa çalışacaq ki, sülh sazişinin imzalanması yubanarsa bu, bölgədə yeni müharibə riskini artıracaq və Ermənistan üçün yeni fəlakətlər gətirəcək.

Bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır, sülh sazişinin əsasını bu bənd təşkil edəcək. Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. Ona görə Nikol Paşinyan radikal müxalifətə boylanmadan sülh sazişini imzalaya bilər. Bu, həm də İkinci Qarabağ müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir. Bu arada, Nikol Paşinyan Xarici İşlər Nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” cümləsi də baş nazirin sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir”.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →