• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

“Yolun düşsə, bu dünyaya bir də gəl..”






 

BAKI-XEBERTV.AZ


“Yolun düşsə, bu dünyaya bir də gəl..”
(İstedadlı riyaziyyatçı və yüksək təşkilatçılıq qabiliyyətinə malik Famil Quliyevin əziz xatirəsinə)
Bəlkə də çoxu fərqinə varmır: son vaxtlar qəfil dünyasını dəyişənlərin sayı artıb. Belə insanlardan da biri Sabirabad rayonu Quruzma kəndinin yetirməsi Famil Surxay oğlu Quliyevdir. O, 1957-ci ildə doğulmuş, 1963-cü ildə - 6 yaşında ikən Quruzma kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdu. Orta məktəbi bitirən kimi sənədlərini Azərbaycan Dövlət Pedaqoji Universitetinə vermiş, imtahanları müvəffəqiyyətlə verərək bu ali təhsil ocağına daxil olmuşdur. 20 yaşında ikən ADPU-nun Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, doğma kəndi Quruzmada pedaqoji fəaliyyətə başlamışdır.Qısa müddətdən sonra bilik və bacarığı sayəsində Quruzma kənd tam orta məktəbinə direktor təyin edilmişdir. 65 yaşına kimi bu təhsil ocağının direktoru vəzifəsində çalışmışdır. Təqaüdə çıxdıqdan sonra rayon ərazisində fəaliyyət göstərən “Zirvə” Tədris Kurslarında işləmişdir. Famil müəllim istedadlı və təcrübəli bir pedaqoq idi. Onun dərs dediyi şagirdlər sınaq və ali məktəblər üçün qəbul imtahanlarında həmişə yüksək bal toplayır, etimadı doğruldurdular.
Famil müəllimin 4 övladı var, dördü də ali təhsillidir. Dəyərli ziyalı F.Quliyev bu yaxınlarda dünyasını dəyişdi. Mən, dostlar, tanışlar və ziyalılar adından dəyərli Famil müəllimin doğmalarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.Amin.
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı, 18.08.2023.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →