• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Netanyahunun Türkiyə və Kiprə səfəri təxirə salındı




Netanyahunun Türkiyə və Kiprə səfəri təxirə salındı



İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə əlaqədar Türkiyə və Kiprə planlaşdırılan səfərlərini təxirə salmağa məcbur olub.

XEBERTV.AZ xəbər verir ki, Netanyahunun sözçüsü Topaz Luk bu məlumatı təsdiqləyib.

“Baş nazirin nəzarət altında qalması tələb olunur, bu, belə tibbi müdaxilədən sonra standart prosedurdur”, - Luk bildirib.

Onun sözlərinə görə, hazırda Baş nazirin ofisi səfərlərin sentyabr ayına keçirilməsi ilə bağlı danışıqlar aparır.

Səfərlərin təxirə salınması ötən gecə Benyamin Netanyahya kardiostimulyator qoyulması əməliyyatı ilə bağlıdır və o, bir neçə həftə mütəxəssislərin nəzarəti altında olmalıdır.

Qeyd edək ki, İsrail baş nazirinin Kiprə səfəri iyulun 27-nə, Türkiyəyə səfəri isə iyulun 28-nə planlaşdırılmışdı.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →