Bölmələrimiz “düşmən” hədəflərini məhv etdi - Video

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.