Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 01 Mayıs 2022, 21:41   
        193

    Azərbaycanın ən dəhşətli silahı... – Ekspert

    Azərbaycanın ən dəhşətli silahı... – Ekspert

    23 il əvvəl yaranan Xüsusi Təyinatlı Qüvvələrimiz Vətən müharibəsində qələbəmizi təmin edən əsas faktorlardandır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri XTQ-nin yaranmasının ildönümü ilə bağlı Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

    Ekspertin sözlərinə görə, Vətən müharibəsində qazandığımız böyük qələbə artıq bir çox dövlətin hərbi təhsil mərkəzlərində öyrənilir:

    “Demək olar ki, 44 günlük müharibədə həyata keçirdiyimiz bütün genişmiqyaslı və vacib döyüş əməliyyatlarında, o cümlədən Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsində, bundan başqa, Qubadlı və Laçının bir çox kəndlərinin düşmən tapdağından qurtarılmasında xüsusi təyinatlılar mühüm rol oynayıblar. Müharibənin ən ağır yükünü Ali Baş Komandan və XTQ çəkdi. Xüsusi təyinatlılar üzərlərinə düşən bütün döyüş tapşırıqlarını unikal bacarıqları sayəsində peşəkarlıqla yerinə yetirdilər və öz fəaliyyətləri ilə əsl döyüşçü obrazını beynimizə, qəlbimizə və tariximizə əbədi həkk etdilər. Xüsusi təyinatlılarımız bizim döyünən ürəyimiz, vuran qolumuz və görən gözümüzdür. Onların həyata keçirdiyi əməliyyatlar, xüsusilə Hadrut və Şuşa əməliyyatı bir çox NATO və Avropa ölkələri tərəfindən dərindən araşdırılır. Müxtəlif beyin mərkəzləri ağır texnika və artilleriya ilə qorunan, qala üzərində dağ yüksəkliyində yerləşən bir şəhərin yalnız atıcı silahlarla silahlanmış bölmələr tərəfindən azad edilməsinin sirlərini öyrənir”.

    Ədalət Verdiyev XTQ-nin şəxsi heyətinin Azərbaycanın ən güclü və çəkindirici silahı olduğunu qeyd edib:
    “2012-ci ildən etibarən xüsusi təyinatlılarımız bir çox məxfi əməliyyatlar keçirib, lakin bu əməliyyatlar mətbuatda işıqlandırılmayıb. Ancaq 2016-cı il aprel döyüşlərindən sonra XTQ öz döyüş imkanları ilə daha çox diqqəti cəlb etməyə başladı. Həmin dövrdən etibarən aparılan struktur dəyişiklikləri ilə əməliyyat briqadalarına xüsusi təyinatlıların hazırlandığı briqadalar da əlavə olundu. XTQ-nin müharibədəki uğurlarından çox bəhs etmişik, bununla yanaşı, ötən ilin noyabrında Qaragöl ərazisində qazandığımız nailiyyətlərdə də onların rolunu xüsusi qeyd etməliyik. Hazırda XTQ işğalçı Ermənistan ordusunun qorxulu kabusuna çevrilib. Müharibəni araşdıranlar unutmamalıdır ki, Azərbaycanın ən dəhşətli və güclü silahı XTQ-nin şəxsi heyətidir. Azərbaycan xüsusi təyinatlıları ölkəmizin ən sədaqətli, ən güclü çəkindirmə silahıdır. Komandolarımız sayəsində ölkəmiz qalıbdır, biz də qalib ölkənin qalib vətəndaşlarıyıq.

    XTQ-nin yaranmasının ildönümündə fürsətdən istifadə edib komandan, general-leytenant Hikmət Mirzəyev başda olmaqla bütün şəxsi heyəti ürəkdən təbrik edirəm. Əminəm ki, onlar var olduqca regiondakı heç bir ağlı başında olan dövlət ölkəmizin maraqlarına zidd addım atmaq niyyətinə belə düşməyəcək”.
    loading...