Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 14 Haz 2021, 23:03   
        223

    BAKI-XEBERTV.AZ
    Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı artırılacaq
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, səfiri ölkədə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında müttəfiqliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

    Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edən Müdafiə naziri hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.



    Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

    Ölkədə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən C.Bağçı Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verən C.Bağçı Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

    Türkiyəli səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək ordumuza bundan sonra da hərtərəfli dəstəyin göstəriləcəyini bildirib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün səmərəli olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
    Publika.az
    loading...