Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 15 Mar 2021, 20:35   
        497


    10 minlik heyətə verilən TAPŞIRIQ: “Dəmir Yumruq” növbəti dəfə...

    10 minlik heyətə verilən TAPŞIRIQ: “Dəmir Yumruq” növbəti dəfə...
    “Azərbaycan Ordusu müharibədən çıxsa da, öz potensialını saxlayır. İrimiqyaslı təlimlər plan üzrə həyata keçirilir. Ordumuz öz gücünü yenə də nümayiş etdirməyə hazırdır və döyüş hazırlığını daim yüksəltməklə məşğuldur”.

    XEBERTV.AZ xəbər v erir ki, bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin 10 minlik şəxsi heyət və ən müasir hərbi texnika ilə keçirdiyi anti-terror məqsədli hərbi təlimlər barədə danışarkən deyib.



    Ekspert bildirib ki, əvvəlkilərdən fərqli olaraq bu təlimlərdə Azərbaycan Ordusunun döyüşdən çıxmış və döyüş təcrübəsi olan heyəti iştirak edir: “Hərbçilərimiz bu təlimlərin arzusunda idi. Əvvəllər bizim bütün təlimlərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə istiqamətləndirilmişdi. İndi isə təlimlər hüdudlarını qorumağa yönəlib. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Silahlı Qüvvələrin təlimlərini, bütün dünyada olduğu kimi, anti-terror, yəni terrorla mübarizə əməliyyatları adlandıra bilərik. Azərbaycan Ordusunun bütün növ qoşun hissələri terror qruplarına qarşı birgə fəaliyyət çərçivəsində öz döyüş hazırlığını təkmilləşdirir. Düşünürəm ki, bu təlimlər çox maraqlı olacaq və hərbçilərimiz qarşıya qoyulan bütün tapşırıqları layiqincə, yüksək səviyyədə yerinə yetirəcək. Təlimin qarşısında qoyulan bütün məqsədlərə nail olunacaq”.

    Polkovnik təlimin keçirilməsinin yeni müharibəyə hazırlıq kimi qiymətləndirilməsini əsassız hesab edir: “Azərbaycan Ordusu hər zaman Respublikanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hər hansı bir tapşırığını yerinə yetirməyə hazırdır. Ordumuz xalqını, torpağını qorumağa qadirdir. Bu təlimlər də bu məqsədlərə fokuslanıb. Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Hər hansı təxribatın qarşısını almaq üçün ordumuz hansı formada olur-olsun, Prezidentin dediyi kimi, torpaqlarımıza göz dikən bütün qüvvələrin başına “Dəmir Yumruğ”u endirməyə hazırdır. Bu təlimlərdə də həmin o “Dəmir Yumruq” bir daha nümayiş olunacaq”.
    loading...