Xəbər lenti
Axtar
28 Ara 2020, 07:58   
    138


Bir əsgərimiz şəhid oldu, 6 erməni məhv edildi – Son dəqiqə

Bu gün Xocavəndin Tuğ kəndində erməni silahlıların təxribat törətdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

XEBERTV.AZ xəbər verir ki, ermənilərin təxribatı nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərovun şəhid olduğu, daha bir əsgərimizin isə yaralandığı iddia edilir.

Buna cavab olaraq Ordumuzun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib. Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var.

Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama hələlik yoxdur.Axar.az
loading...