Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan da Fransaya Marseli ermənilərə verməyi təklif edir
  • 2020-ci il rekordlar arasında ən isti üçlük arasındadır
  • Ərdoğandan Bakıya gözlənilən səfəri ilə bağlı VACİB AÇIQLAMA
  • Paşinyan duelə çağırıldı
  • Şalvarın ətəyini (balağını) qısaltmaq sünnə sayılırmı və savabdırmı?
  • Türkiyə MN: Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik
  • İnsan bəzi xeyir işlər görüb, savabını başqasına hədiyyə edə bilərmi?
  • İnsan dünyasını dəyişəndən sonra dəfnə kimi cənazə evdə qaldığı müddətdə nə etmək lazımdır?
  • Kəsilən dırnaq və saçları, qopan dişləri hara tullamaq lazımdır?
  • Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?
  • Təvvabin kimlərdir və onların qiyamı nə zaman baş verib?
  • Fransa radiosu Füzulidən reportaj hazırladı
  • Bu ərazilərdən 400-dən çox erməninin cəsədi çıxarıldı
  • “Haber Global” şəhid polkovnik Babək Səmidli haqqında süjet hazırladı - VİDEO
  • Ermənilər Xankəndidə uşaq bağçalarını da minalayıblar
  • Daha bir erməni diversiyası
  • Kəlbəcərdən daha bir - Video
  • Kapitulyasiya aktı bizi çörəksiz qoydu - Xaçatryan
  • Bu ərazilərə güclü qar yağacaq - PROQNOZ
  • Rusiya Xankəndi-Bakı dəmiryolunu açmaq istəyir
  • Azərbaycan 350 meyiti Ermənistana təhvil verdi
  • İlham Əliyev: “Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
  • Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
  • İlham Əliyevin xalqa müraciəti Misir mediasında
  • 36 kəndin 31-də azərbaycanlılar yaşayırdı - "Nyu York Tayms"
  • 30 Eki 2020, 07:17   
        39


    Erməni hiyləsi: tankı bu yolla “gizlədirlər” – Şərh

    Ermənistan hərbi texnikalarını Ordumuzun hədəfindən yayındırmaqdan ötrü tibbi maşınlar üçün nəzərdə tutulmuş fərqlənmə nişanlarından istifadə edir. Ermənilər xüsusən Teleqram kanallarında sözügedən texnikaların fotosunu paylaşaraq, Ordumuzun guya humanitar məqsədli texnikaları vurması haqda yalan məlumatlar yayırlar. Maraqlıdır, üzərinə tibbi maşınlar üçün nəzərdə tutulmuş fərqlənmə nişanı olan hər hansı zitehli texnika vurula bilərmi?

    XEBERTV.AZ bildirir ki, Məsələ ilə bağlı Axar.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, zirehli nəqliyyat vasitəsinin üzərinə tibbi maşınlar üçün nəzərdə tutulan fərqlənmə nişan olsa belə, onun vurulmasında heç bir problem yoxdur:

    “Məsələ ondadır ki, bu tip hərbi texnikaların üzərində böyük və kiçik çaplı toplar və ya atəş qurğuları olur. Yəni üzərində tibbi maşınlar üçün nəzərdə tutulan fərqlənmə nişanı olsa belə, bu, həmin texnikanı toxunulmaz etmir. Məsələyə məntiqlə yanaşsaq, gərək üzərində bu nişanı daşıyan tank və ya digər hərbi vasitələri də vurmayaq. Ermənistan hərbi texnikalarını Ordumuzun hədəfindən yayındırmaq üçün belə bir hiyləyə əl atır.

    Bundan əlavə, piyadaları daşıyan MAZ, KAMAZ və s. tipli maşınların da üzərinə bəzən sözügedən fərqlənmə nişanı vurulur. Bu tip maşınlar bəzən qida, dərman, hətta silah-sursat belə daşıya bilər. Lakin bu da həmin maşınları sırf fərqlənmə nişanı var deyə toxunulmaz etmir.

    1907-ci il tarixli Haaqa Konvensiyası humanitar məqsədli və ya tibbi maşınların vurulmasını qəti şəkildə qadağan edir və bu, müharibə cinayəti sayılır. Lakin indiki müharibə pilotsuz aparatlarla aparıldığı üçün onu idarə edən ekipaj üzvləri bu maşınların silah-sursat daşıdığını müəyyən etdiyi təqdirdə vura bilər”.
    loading...