Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 21 Eyl 2020, 08:28   
        58


    Bu gün ordunun yüksək rübəli hərbçiləri ilə görüşən müdafiə naziri Zakir Həsənov düşmənin təxribatlara hazırlaşdığını, bu təxribatların qarşısını almaq üçün qabaqlayıcı addımlar atılmasının vacibliyini vurğulayıb.
    Maraqlıdır, aldığı bütün zərbələrə rəğmən düşmənin təribatlardan əl çəkməməsi nə ilə bağlıdır? Ermənistan bu təxribatlar üçün gərəkli olan cəsarəti kimdən alır?

    XEBERTV.AZ bildirir ki, bu barədə Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

    “Ermənistanın bu təxribatları həyata keçirmək üçün kimdən cəsarət aldığı bəllidir. Əgər Ermənistan Rusiyadan cəsarət almasaydı, o zaman bu təxribatlara cəhd etməzdi. Tovuz hadisələrindən sonra Rusiyanın Ermənistana tonlarla silah-sursat verməsi, prezident İlham Əliyevin bununla bağlı Rusiyaya haqlı etirazından sonra Kremlin yenə də işğalçını silahandırmaqda davam etməsi, "Ermənistan bu cəsarəti kimdən alır” sualına cavabdır.

    Ermənistan Rusiyaya güvənir. Habelə, düşmən yaxşı bilir ki, Azərbaycan yekun həllə hazırlaşır. Bu yekun həllin nədən ibarət olduğunu Ermənistan da anlayır. Buna görə də bizim diqqətimizi yayındırmağa çalışır.

    Azərbaycan ordusunun Ermənistana hücum etmək kimi bir planı yoxdur. Azərbaycanın niyyəti işğaldakı torpaqları azad etməkdir. Buna görə də Rusiyanın dəstəyindən istifadə edərək bizim diqqətimizi yayındırmağa çalışırlar.

    Təbii ki, Azərbyacan düşmən təxribatlarına hazır olmalı və buna adekvat cavab verməlidir. Lakin bu təxribatlar olmasa belə, Azərbaycan işğaldakı torpaqları azad etmək üçün hərbi əməliyyatlar haqqında düşünməlidir. Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik. Mövcud vəziyyət bizdən bunu tələb edir”.
    loading...