Xəbər lenti
Axtar
12 Nis 2020, 22:15   
    582



Ermənilər Ordumuzun zərbəsini yaydı: Ara, aradan çıxın! - Video

Aprel savaşı ilə bağlı ermənilərin döyüş zamanı çəkdiyi bir video 4 ildən sonra, bugünlərdə üzə çıxıb.

XEBERTV.AZ xəbər verir ki, videonun 2016-cı ildə baş verən Aprel savaşının ikinci gününə aid olduğu ehtimal edilir.

Sosial şəbəkələrin erməni seqmentində yayılan videoda erməni əsgərlərin danışığı da əks olunub.

Azərbaycan ordusunun artilleriya hücumu nəticəsində erməni postunun məhv edildiyini görən arxa səngərdəki erməni əsgərlər ermənicə qışqırırlar:

“Ara, ananı... Qraddır. Necə sürətli... Aradan çıxırıq, çıxırıq!!!”

Sözügedən videonu təqdim edirik:



Axar.az
loading...