Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 05 May 2019, 23:52   
        135
    Azərbaycan Tonoyanın ordusunu darmadağın edəcək - Teys

    Azərbaycan Tonoyanın ordusunu darmadağın edəcək - Teys

    Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur.

    Trend-in məlumatına görə, bunu Azərbaycan və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

    Ekspert qeyd edib ki, Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın Baş naziri Nikol Paşinyan konkret mövqe nümayiş etdirməyib. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hələ ki regionda təcavüzkar ölkə olaraq qalır.

    P.Teys aprelin 10-11-də Nikol Paşinyanın Avropa Şurasında Azərbaycana qarşı təxribatçı çıxışını xatırladıb:

    "Paşinyan bəyan edir ki, Azərbaycan güc tətbiq etməkdən və hərbi ritorikadan çəkinməlidir. Erməni nazir bu bəyanatı ilə beynəlxalq ictimaiyyəti və Avropa Şurasını aldatmağa çalışır. Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalda saxlayır. Bu ərazilər Azərbaycanın suveren əraziləridir. BMT və onun üzv dövlətləri tərəfindən bu cür tanınır".

    Ekspertin sözlərinə görə, N.Paşinyan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq regionda dayanıqlı sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin olunması məqsədilə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün qısa zamanda addımlar atmalıdır.

    P.Teys vurğulayıb ki, Ermənistanın Baş naziri ikitərəfli danışıqlarda əldə olunmuş istənilən irəliləyişi ləngidəcək bütün diplomatik vasitələrdən istifadə edir:

    "Paşinyana təzyiq göstərilməsi üçün İrəvana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Cənubi Qafqazda aqressiv fəaliyyətinin daim pislənilməsi çox vacibdir. Yalnız erməni qoşunlarının Azərbaycanın suveren ərazilərindən tam çıxarılmasından sonra uzunmüddətli nəticələrə nail olmaq mümkündür".

    Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçməsinin mümkünlüyü barədə bəyanatını şərh edən ekspert bildirib: "Ermənistanın NATO-da keçmiş nümayəndəsi olan Tonoyan yeni vəzifəsində diqqətini daha çox Ermənistan ordusunda hərbi qulluqçuların qida təminatının həcminə yönəltməlidir. Onun açıqlamaları Bakını qorxutmayacaq. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxildir. Tonoyanın qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşısıalınmaz bir cavab alacaq. Qədim latın atalar sözündə deyildiyi kimi: "Yatmış əjdahanı heç vaxt oyatma!"
    loading...