Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 03 May 2019, 21:31   
        124


    Türkiyə - Azərbaycan təlimlərinin son mərhələsi
    Türkiyə - Azərbaycan təlimlərinin son mərhələsi

    Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

    XEBERTV.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 3-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri general-leytenant Veli Tarakçının rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin son mərhələsini izləyiblər.

    Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

    Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

    Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.
    loading...