Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 06 Şub 2019, 00:02   
        107
    130 gündür döyüş itkisi vermir, ancaq erməni əsgərlər ölür.130 gündür döyüş itkisi vermir, ancaq erməni əsgərlər ölür...

    Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu 2018-ci ili Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il hesab edib:

    "Yenə onların hesabatına görə, 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir. Buna baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə, Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə intihar edib. Bu hesabatdan gəlinən iki nəticə var: Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın Baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn, son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki Qarabağ klanı əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan Ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. Qarabağ klanına da elə bu lazımdır".

    Politoloq hesabatdn gəlinən ikinci nəticəyə də aydınlıq gətirib:

    "Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinkin Vətəndaş Assambelyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana baha başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır".
    loading...