Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 01 Haz 2018, 08:24   
        407
    MN təkzib etdi: Naxçıvan istiqamətində atışma...

    MN təkzib etdi: Naxçıvan istiqamətində atışma...


    Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribatının qarşısı alınıb.

    Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilir ki, atəşkəsin pozulması nəticəsində işğalçı ölkənin müqaviləli hərbçisi 1974-cü il təvəllüdlü Baqdasaryan Vaan Samveloviç yaralanıb.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan faktı təsdiqləyib. O etiraf edib ki, Azərbaycan tərəfi mühəndis istehkam işlərini həyata keçirdiyi üçün Ermənistan ordusu atəş açıb. Cavab atəşi ilə erməni əsgər yaralanıb.

    Azərbaycan MN hələlik rəsmi açıqlama yaymayıb.

    ***

    Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın yaydığı məlumata münasibət bildirib.

    Müdafiə Nazirliyindən Virtualaz.org saytına cavab olaraq bildirir ki, Artsrun Ovannisyan özünün sosial şəbəkə hesabında Naxçıvan istiqamətində mühəndis və mövqelərin möhkəmləndirilməsi işləri görən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açılması, bu zaman bir erməni hərbi qulluqçunun “yüngül yaralanması” barədə məlumat yayıb. “Bununla bağlı bildiririk ki, dövlət sərhədinin Naxçıvan istiqamətində bu gün heç bir atışma qeydə alınmayıb, erməni tərəfinin iddia etdiyinin əksinə olaraq ordumuzun bölmələri mühəndis işlərini davam etdirir və strateji yüksəkliklərdə yerləşən yeni mövqelərini möhkəmləndirir. Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması ilə Azərbaycan tərəfinin heç bir bağlılığı yoxdur. İstisna deyil ki, bu Ermənistan ordusundakı nizamnamədən kənar münasibətlərin növbəti təzahürüdür. Görünür Ermənistan Müdafiə Nazirliyində bu cür məlumat yaymaqla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun may ayında keçirdiyi uğurlu əməliyyata görə yaranmış pərtlikdən yeni çıxış yolu tapmağa çalışırlar”.
    loading...