Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 30 May 2018, 05:23   
        448
    "Qarabağda müharibənin 2-ci mərhələsi hər an başlaya bilər"


    "Qarabağda müharibənin 2-ci mərhələsi hər an başlaya bilər"

    Müharibə hələ bitməyib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parad zamanı da bəyan etdi ki, hazırda atəşkəş dövrüdür və müharibənin ikinci mərhələsi hər an başlaya bilər.

    Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, döyüş hazırlığı planlarına uyğun olaraq adətən yaz-yay ayları sıx təlimlər dövrüdür:

    “Çünki hava şərati və digər amillər təlimlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Ona görə də Ermənistan tərəfi də döyüş hazırlığı keçirsə, bu onların hansısa döyüş hazırlığı planlarına uyğun olan tədbirdir. Biz də təlimi hazırlanmış və təsdiq olunmuş plan əsasında keçiririk. Azərbaycanın keçirdiyi təlimlər irimiqyaslıdır. Ermənilər heç vaxt 20 minlik şəxsi heyətlə heç vaxt təlimlər keçirməyiblər. Onların bizim kimi təlimlər keçirməyə iqtisadi və digər imkanları yoxdur. Azərbaycanın bu kimi təlimlərin keçirilməsinə imkanı var. Və bu təlimlərin keçirilməsinin nəticəsində ordumuzun döyüş hazırlığı yüksəlir, mütəxəssisləri öz peşələrində daha da peşəkar olurlar. Ona görə də bu gün Azərbaycan Silahlı Qüvvələri 130 ölkə arasında 50-ci yerdədir”.

    Ehtiyatda olan polkovnik bildirib ki, müharibə təlimlər zamanı və hər hansı dinc vaxtda da başlaya bilər:

    “Məsələn, Aprel döyüşləri təlimlər zamanı başlanılmadı. Bu gün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi təlimlər müharibə şəklinə keçə bilər. Hər kəsə məlumdur ki, dünyanın siyasi arenasında Azərbaycan müəyyən öhdəçiliklər götürüb. Azərbaycan hər zaman hüquq normalarına riayət edən dövlətdir. Ona görə də onun dünyada nüfuzu böyükdür. Ancaq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib ki, Azərbaycan hər an güc yolu ilə işğal altında olan torpaqlarını azad edə bilər. Əgər beynəlxalq aləm və Ermənistan tərəf konstruktiv mövqe tutmasa, müharibə hər an başlaya bilər. Biz buna hazır olmalıyıq. Bu haqda Silahlı Qüvvələrə Ali Baş Komandan İlham Əliyev tapşırıq da verib”.

    Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrinin bu günə kimi keçirdiyi və keçirəcəyi hərbi təlimlərin bir məqsəd daşıdığını vurğulayıb:

    “Silahlı Qüvvələrin döyüş hazırlığını maksimum yüksəltmək, hərbi ixtisasçıların peşəkarlığını artırmaq, qısa zaman kəsimində Azərbaycan ərazilərini işğaldan azad etmək və döyüş zamanı itkiləri minimuma endirmək. Bu tapşırıq Silahlı Qüvvələrin qarşısına qoyulub. Bütün təlimlərin məqsədi bu məsələyə bağlıdır".

    Qeyd edək ki, Ordumuz iyulun 2-dən 6-na qədər 20 minlik canlı qüvvənin, yüzlərlə tank və digər zirehli texnikanın, çoxsaylı raket-artilleriya bölmələrinin iştirakı ilə təlimlər keçirəcək. Təlimlərin ssenarisinə əsasən şərti düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurandan sonra qoşunlar hücuma keçib işğal altındakı əraziləri azad etməlidir.
    loading...