Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 30 Nis 2018, 07:44   
        907
     Paşinyanın Qarabağ mövqeyi: Bakı üçün ayrı yol qalmadı

    Paşinyanın Qarabağ mövqeyi: Bakı üçün ayrı yol qalmadı

    Ermənilər indiyə qədər işlədikləri cinayətləri ört-basdır etməyə çalışırlar.

    Bu sözləri Axar.az-a müxalif lider Nikol Paşinyanın Qarabağla bağlı açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Dağlıq Qarabağa dair indiyə qədər formalaşmış danışıqlar formatı var və burada əsas tərəflər Ermənistan və Azərbaycandır:

    “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini danmayıb. ATƏT-in Minsk Qrupu həmsədrləri də həmişə işğalçı deyərkən, məhz Ermənistanı nəzərdə tutublar. Doğrudur, Dağlıq Qarabağın da tərəf kimi danışıqlarda iştirakı ilə bağlı əvvəllər fikirlər səslənib. Atəşkəsə dair Bişkek müqaviləsində də qondarma Dağlıq Qarabağın adı çəkilmişdi, ancaq o zaman ulu öndər Heydər Əliyev bunun qarşısını aldı. Dağlıq Qarabağ əhalisinin 40 faizindən çoxu azərbaycanlıdır. Yəni Dağlıq Qarabağ erməni və Azərbaycan icmasından ibarətdir. Belə olan halda hər iki tərəfin icma nümayəndələrinin atəşkəs prosesində iştirak etməsi sənəddə öz əksini tapdı. Əgər söhbət ondan gedirsə, o zaman danışıqlarda dörd tərəf - Azərbaycan, Ermənistan, Dağlıq Qarabağın erməni və azərbaycanlı icması iştirak edə bilər. Azərbaycan məsələyə bu şəkildə razılıq verə bilər. Əks təqdirdə Paşinyanın timsalında ermənilər indiyə qədər işlədikləri cinayətləri ört-basdır etməyə çalışırlar”.

    Politoloqun sözlərinə görə, erməni tərəfi bundan sonra da qeyri-konstruktiv mövqe tutmaqda davam etsə, onda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlində olan digər vasitələrdən istifadə etməyə məcbur olacaq:

    “Bu isə Ermənistan və region üçün o qədər də arzuolunan deyil, ancaq başqa çıxış yolu da yoxdur. Azərbaycan Ermənistanın yenidən ərazilərimizdə ikinci bir erməni dövləti qurmaq niyyətinin baş tutmaması üçün bütün imkanlarını sərf edəcək”.

    Qeyd edək ki, Qarabağ məsələsində Ermənistanın hazırkı hakimiyyətindən daha sərt mövqeyə sahib olan Paşinyan Qarabağ separatçılarının Azərbaycanla danışıqlarda əsas tərəf olmasını və Ermənistanın bu prosesdən kənarda qalmasını istədiyini bildirib. O deyib ki, Azərbaycan aqressiyanı artırır və buna qarşı erməni ordusunu gücləndirəcək.
    loading...