Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • Ruslar Qarabağda küçə döyüşlərinə hazırlaşır

    10 Kas 2017, 14:47   
        170
    Ruslar Qarabağda küçə döyüşlərinə hazırlaşır

    Putin Ermənistanı danışıqlardan uzaqlaşdırır

    Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərləri ilk dəfə olaraq yay təlimlərində şəhərdə küçə döyüşləri təlimləri keçiblər.

    İstiPress-in məlumatına görə, bu barədə “Sputnik Armeniya” portalı Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadən bildirir.

    Cənub hərbi dairəsinin məlumatında bildirilir ki, təlimlər dəniz səviyyəsindən 1,5 və 2,5 min metr yüksəklikdə olan "Kəmxud" və "Alagöz" poliqonlarında müxtəlif ballistik əlavələrdən istifadə etməklə aparılıb. “Təlimlərin 50%-indən çoxu gecənin qaranlıq saatlarında və mürəkkəb iqlim şəraitində keçirilib", - deyə məlumatda bildirilir.

    Təlimlər zamanı hərbçilərin aviasiya və zirehli texnikanın dəstəyindən istifadə etməklə 100 metrdən 4 min metrə qədər məsafədə yerləşən şərti düşmənə atəş açmaq da məşq edilib: “Döyüş hazırlığı məşğələlərində ilk dəfə kəşfiyyat-zərbə və kəşfiyyat-atəş konturlarından yararlanmaqla "şəhərdə döyüş" aparılması üsulları istifadə edilib”,- deyə məlumatda deyilir.

    Ruslar Qarabağda küçə döyüşlərinə hazırlaşır

    Sirr deyil ki, 102-ci hərbi bazanın əsgərləri məhz Qarabağda "şəhər döyüş"lərinə hazırlaşırlar. Dağlıq Qarabağ döyüşlərinin təcrübəsi göstərir ki, ermənilər döyüşü uduzanda dövrəyə Rusiyanın elit desant birlikləri qoşulurlar. Məsələn, 1992-ci ilin avqustunda könüllülərdən ibarət Azərbaycan ordusunu Sərsəng su anbarından Çeçenistanda döyüşən Pskov desantçıları çıxarmışdı, həmin döyüşlərdə 500-ə yaxın Azərbaycan əsgəri şəhid olmuşdu. Bunu tanınmış rus jurnalist də hadisənin canlı şahidi kimi lentə alıb.

    Horadiz döyüşlərində Ermənistan ordusunun sürətlə gerilməsini də məsələyə Rusiya desantının müdaxilə etməsi dayandırmışdı. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, o vaxt cəbhədə ələ keçirilən hərbi texnika və 30-a yaxın əsir göstərdi ki, Azərbaycanın könüllülərdən ibarət ordusu Rusiyanın elit hərbi birləşmələri ilə döyüşür. Buna görə, Azərbaycan atəşkəs imzalamağa məcbur olub.

    Aprel döyüşlərində də Azərbaycan ordusunu Rusiya desantları dayandırdı. Bu sətirlərin müəllifinə Novosibirskdən həmin günlərdə zəng etmiş valideynlər övladlarının Çitadan desant kimi Şuşaya aparıldıqlarını bildirirdilər. Rusiya KİV-lərinin Qarabağdan çəkdikləri videomateriallarda da ön cəbhədə rus desantları görmək olurdu. Qarşı tərəf həmin günlər Şuşada və Xankəndidə küçə döyüşlərinə hazırlaşırdı, Ermənistandan onlarla tank gətirilərək Xankəndinin küçələrində mövqe tutmuşdu.

    Azərbaycan ordusunun Baş Qərargahı ilə də atəşin dayandarılması ilə bağlı məhz Rusiya ordusunun Baş Qərargahı danışmışdı, sadəcə Ermənistan ordusunun Baş Qərargah rəisi Yuri Xaçaturov məlumatlandırılmışdı. Sonradan məlum oldu ki, Serj Sarkisyanın həmin danışıqlardan ümumiyyətlə xəbəri olmayıb. Yəni Putin Serj Sarkisyanı və Ermənistan rəhbərliyini ordu məsələlərindən uzaqlaşdırıb.

    Erməni politoloq Manvel Sarkisyanın “Lragir"ə müsahibəsində bildirib ki, Rusiya Ermənistanı Qarabağ üzrə danışıqlardan da uzaqlaşdırmaq üzrədir. Onun fikrincə, bunu Türkiyə, Rusiya və Azərbaycanın münasibətlərində də görmək olar:

    “Bir vaxt Qarabağı danışıqlardan uzaqlaşdırdılar, indi də Ermənistanın uzaqlaşdırılmasına çalışırlar. Hətta Azərbaycandan Rusiyanın bu və ya başqa şərtləri barədə yayılan söhbətlərdə belə Qarabağın və Ermənistanın adı keçmir. Başqa məsələdir ki, özün öz hüquqlarını könüllü şəkildə verirsən, xam xəyal kimi mənfəətə ümid edirsən və əli boş qalırsan. Məsələləri artıq səndən soruşmadan həll edirlər. Ermənistanın mövqeyi artıq onları maraqlandırmır”,- deyə Manvel Sarkisyan bildirib.

    Əslində, Manvel Sarkisyanın dedikləri Ermənistanın xarici siyasətində özünü açıq göstərir. Təsadüfi deyil ki, bu ölkənin xarici siyasətinə Rusiya vətəndaşı Edvard Nalbandyan rəhbərlik edir və o, bu vəzifəyə Rusiya xarici işlər naziri Sergey Lavrovun istəyi ilə təyin edilib. Son bir neçə ayda Nalbandyanın bəyanatları ilə Sarkisyanın komandasından səslənən digər bəyanatları tutuşdurduqda Ermənistan xarici işlər nazirinin Moskvanın göstərişləri ilə hərəkət etdiyini görmək mümkündür.

    Məsələn, təxminən 2 ay öncə Edvard Nalbandyan diaspora təmsilçiləri ilə görüşü zamanı Dağlıq Qarabağ Ətrafındakı bəzi rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının mümkünlüyünü bildirmişdi, Serj Sarkisyan isə bununla bağlı ciddi bir açıqlama verə bilməmişdi. Çünki Moskva Qarabağla bağlı nəzərdə tutduqlarını onunla müzakirə etmir.
    loading...