• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Senatın Bakıya qarşı qərarı nəyi dəyişəcək? - Surenyants



Senatın Bakıya qarşı qərarı nəyi dəyişəcək? - Surenyants

Bəyanat müsbətdir, lakin siyasi mənada sıfır dəyərə malikdir. Xatırlayırsızsa, 44 günlük müharibədən dərhal sonra da Senat “Dağlıq Qarabağın müstəqilliyi”ni tanımağa çağırmışdı. Nəticə?

XEBERTV.AZ xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants yanvarın 17-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

O bildirib ki, bu bəyanat heç bir şəkildə Ermənistanı gücləndirmir, Azərbaycanı da heç bir şəkildə məhdudlaşdırmır:

“Fransanın öz maraqları var və o maraqlar kontekstində bizimlə bağlı problemlərə də istinad edir. Bunun yerdə nəyisə dəyişəcəyini gözləmək, əlbəttə ki, mümkün deyil. Birincisi, ona görə ki, bu, icra hakimiyyətinin, Fransanın mövqeyi deyil. İkincisi, sənəddə qeyd olunan bir çox ifadələrin indiki zamanda həyata keçirilməsi imkanı yoxdur. Xarici siyasətimiz belə bir sənədli bazadan alət kimi istifadə etməlidir, amma böyük illüziyalara qapılmağa, həyəcanlanmağa dəyməz”.

O bildirib ki, Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin səbəbi Parisin regional siyasətinin Bakının, o cümlədən Bakının müttəfiqləri Türkiyə və Böyük Britaniyanın mövqeləri ilə üst-üstə düşməməsidir:

“Yəni burada daha böyük oyun var. Bu da faktdır ki, Azərbaycan hazırda təkcə Fransanı deyil, bütün Qərb platformalarını rədd edib və bunun heç bir əməli nəticəsi ola bilməz. Siyasi Qərb çox vacibdir, təbii ki, onlarla əməkdaşlıq mühümdür, lakin Qərbin rolunu şişirtmək olmaz. Bəli, siyasi Qərb güclü oyunçulardan biridir, lakin bu o demək deyil ki, o, istənilən regionda istədiyini edə bilər. Biz görürük ki, indiki məqamda, məsələn, hər hansı bir Qərb dövləti və ya strukturu Azərbaycan siyasətinə təsir etmək iqtidarında deyil və ya bunu etmək istəmir”.

Erməni politoloq hesab edir ki, Fransa ilə Azərbaycan münasibətlərində qırılma olmayacaq, ritorika səviyyəsində oxşar demarşlar olacaq, lakin bu demarşlar çox uzağa getməyəcək:

“Unutmayaq ki, enerji nəhəngi TOTAL-ın (TOTAL Azərbaycanda böyük yatağı istismar edir – red.) Fransanın enerji layihələrində çox böyük iştirakı var”.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →