• 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 
  • 22:32 – Ceyhun Bayramov Çexiyaya yola düşdü 

Aşqabadda Xəzər dənizinin dibinin bölünməsi üzrə Birgə işçi qrupunun iclası keçirilib

Yanvarın 24-25-də Aşqabadda Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası və Türkmənistanın aidiyyatı nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak edib.

Birgə işçi qrupunun iclası zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →