• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

“Go and Study” MMC və “USE” MMC ilə birgə yeni peşə kurslarına start verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özəl tərəfdaşları ilə birgə yeni layihəyə start verir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Go and Study” MMC və “USE” MMC ilə birgə həyata keçirilən layihə çərçivəsində bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, əl elektrik qaynaqçısı, qaz qaynaqçısı, elektrik qaz qaynaqçısı və lazer qurğularında qaynaqçı peşələri üzrə hazırlıq kursları təşkil olunacaq.

Layihə çərçivəsində 800-dən çox şəxsin peşə kurslarına cəlb olunması və əməkdaşlıq edilən müəssisələr tərəfindən məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub.

“Go and Study” MMC-də təşkil olunacaq kursların Bakının Qaradağ rayonu, “USE” MMC-də təşkil olunacaq kursların isə Sumqayıt şəhəri ərazisində keçirilməsi nəzərdə tutulub.

Orta təhsilli, 18-65 yaş aralığında, ilkin kompüter biliklərinə malik şəxslər peşə hazırlığı kurslarına qatılmaq üçün qeydiyyatda olduqları rayon üzrə Regional Məşğulluq filialına və ya müvafiq DOST Mərkəzlərinə müraciət edə bilərlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →