• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

AEBA Ukraynadakı ekspertlərinin sayı artırmaq istəyir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynada nüvə təhlükəsizliyini gücləndirmək məqsədilə nüvə obyektlərindəki ekspertlərinin sayını artırmaq niyyətindədir.

AZƏRTAC beynəlxalq quruma istinadla xəbər verir ki, AEBA rəhbəri Rafael Qrossi bu missiyanın başlaması ilə əlaqədar Ukraynaya səfər edəcək. O bildirib ki, tezliklə Çernobıl AES də daxil olmaqla, bütün AES-lərdə AEBA ekspertləri davamlı fəaliyyət göstərəcəklər. R.Qrossi Ukraynadakı müharibədə ağır nüvə qəzasının qarşısının alınması üçün bütün imkanların səfərbər olunmasının əhəmiyyətini vurğulayıb.

AEBA-nın rəhbəri, həmçinin bildirib ki, Zaporojye AES ətrafında mühafizə zonasının yaradılması ilə bağlı səyləri davam etməkdədir: “Ukrayna və Rusiya ilə apardığım danışıqlarda arzu olanan sürət olmasa da, irəliləyişlər var.”

Agentliyin məlumatına əsasən, Ukrayna ərazisindəki hər bir AES-də təşkilatın iki ekspertindən ibarət missiyalar fəaliyyət göstərəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →