• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

“Cadenza” orkestri ötən ilə “Kiçik dəniz küçəsi” konserti ilə yekun vurub

“Cadenza” orkestri ötən ilə Beynəlxalq Muğam Mərkəzində “Kiçik dəniz küçəsi” adlı konsert proqramı ilə yekun vurub.

AZƏRTAC xəbər verir ki, konsertdə Tahir İbişovun “Halqa” (solist Zakir Əsədov), “Şəkil dəftərindən təsvirlər” (solist İslama Abdullayeva), Səid Qəninin “Adajio” (solist Fəqan Həsənli), “Proyeksiyalar”, Ayaz Qəmbərlinin “İlğım”, “Kiçik dəniz küçəsi” və Türkər Qasımzadənin “Zikr” (solist Humay Qasımzadə), “G.Richterin üç foto-rəsmi üçün musiqi” (violin Qleb Xoxlov) adlı əsərləri orkestr tərəfindən səsləndirilib. Solo piano üçün yazılmış əsərlər Humay Qasımzadə, Fəqan Həsənli, Zakir Əsədovun ifasında dinləyicilərə təqdim olunub. Konsertdə ilk dəfə səslənən “Şəkil dəftərindən təsvirlər” əsəri bəstəkar Tahir İbişov tərəfindən şair Səlim Babullaoğlunun türkiyəli fotoqraf İlyas Göçmənin fotosuna yazdığı “Təsvirə ithaf” şeri əsasında bəstələnib. İlk dəfə səslənməsinə baxmayaraq, əsər solist İslama Abdullayevanın ifasında xüsusi maraqla qarşılanıb. Proqramda yer alan “Halqa”, “Adajio” (ilk ifa) əsərlərinin həsr olunduğu pianoçular - Zakir Əsədov, Fəqan Həsənlinin ifasında səslənməsi və pianoçu Humay Qasımzadənin elektron vasitə ilə birlikdə yüksək peşəkarlıqla ifa etdiyi “Zikr” əsəri həm də müasir musiqi ifaçılığının müxtəlif istiqamətlərini ehtiva edib.

Qeyd edək ki, konsertdə səslənən səkkiz əsər ümumilikdə Azərbaycan bəstəkarlıq məktəbinin ən yeni mərhələsini təmsil edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →