• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Sosial şəbəkədəki paylaşımına yazılanlar aktyoru özündən çıxardı - FOTO

“Evdə qalmış” filmindən şəkil paylaşan məşhur aparıcı və aktyor Şəhriyar Əbilovu ona yazılan mesajlar özündən çıxardıb.




Oxu.Az-ın məlumatına görə, o bildirib ki, izləyiciləri və dost-tanışları saysız mesaj yazaraq filmlə bağlı ona çoxlu suallar veriblər.
Şəhriyar Əbilov tənqidlərə belə cavab verib:

“Fikir bildirən, şərh yazan hamıya təşəkkür edirəm. Hətta, doğmalarımdan da səhv başa düşənlər var idi. Mənə sual verirlər ki, “bu filmdə siz yoxsunuz?, bəs deyirdiz baş rolda mənəm, niyə yoxsuz?, yoxsa sizi çıxardıblar?, yoxsa küsgünlük olub?”. “Evdə qalmış” filminin rejissoru Valeh Əhmədov aktyor Elçin Məmmədov və Nigar Əhmədovanın şəkillərini paylaşmışdı. Mən də dostlarıma və filmə dəstək üçün həmin şəkli öz hekayəmdə paylaşdım. Nəticədə mesaj qutuma gələn reaksiyalar məni çox təəccübləndirdi. Rejissorumuz paylaşımında da qeyd edib ki, bu şəkil rəsmi poster deyil. Çəkiliş ərəfəsində çəkilən bir şəkildir. Filmin baş rollarında mən və Kəmalə Piriyeva oynayırıq. Hər şey olduğu kimi yerindədir. Filmimiz tezliklə kinoteatrlarda nümayiş olunacaq, yaxın günlərdə isə ilk anonsumuz paylaşılacaq”.
Qeyd edək ki, “Evdə qalmış” filmində xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, aktrisa Firuzə Balayeva, Sanura Cəfərova, Aygün Akif, Kənan Yusifov, Rüstəm Rüstəmov və başqaları rol alıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →